Dəhşətli kadrlar: şir zoopark işçisinin qolunu parçaladı – VİDEO

0
382
Pakistanın Karaçı şəhərində şir insana hücum edib.

Kannu Piraditta adlı zoopark işçisi şiri yedizdirmək istəyərək qəfəsin barmaqlıqları arasından ona ət parçaları atıb. Bu zaman heyvan işçinin qolundan yapışıb.

“The Sun” xəbər verir ki, hadisə qonaqların gözü qabağında baş verib.

Yaxınlıqda olan zoopark işçiləri həmkarının köməyinə gəlməyə tələsməyiblər.

Təxminən 40 saniyə şirlə mübarizə aparan kişi nəhayət qolunu qəfəsdən çıxara bilib. Onu qan içində xəstəxanaya çatdırıblar, hazırda vəziyəti stabildir.

Zoopark müdiri işçisinin təhlükəsizlik qaydalarına riayət etmədiyini bildirib.