Bu dənizdə suyun səviyyəsi sürətlə artır

0
109

Son illərdə Avropada ən sürətli su səviyyəsi artımı Baltik dənizində qeydə alınıb.

Əsrin sonunda Latviya sahillərində suyun səviyyəsinin indikindən yarım metr yüksək ola biləcəyi deyilib.

Peyk məlumatlarından məlub olub ki, Baltik dənizində suyun tam səviyyəsi ildə 3-5 mm, Avropadakı digər dəniz və okeanlarda isə ildə 1-4 mm yüksəlib.

Avropada dəniz səviyyəsi ildə orta hesabla 4 mm artan Baltikyanı ölkələr öndədir.

Bundan əlavə, Finlandiya və İsveçdə torpaq təbəqəsi son buz dövrünün bitməsindən sonra yüksəlməyə davam edir, üstəlik, bu proses dəniz səviyyəsinin qalxmasından daha sürətli gedir.

Buna görə Finlandiya sahillərində suyun səviyyəsi İsveç və Norveçə nisbətən azalır.