Bakıda sürücü dörd dəqiqə ərzində 10 dəfə qayda pozdu – VİDEO

0
112

Bakıda dörd dəqiqə 17 saniyə ərzində 10 dəfə qayda pozan yük maşınının görüntüləri yayılıb.

99-JU-336 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilinin sürücüsü bir neçə dəfə digər hərəkət iştirakçılarına təhlükə yaradıb onların narahatlığına səbəb olmaqla yerdəyişmələr edir, ehtiyac olmadığı təqdirdə tez-tez zolaqlarını dəyişir, bu yerdəyişmələrin heç birində isə dönmə işıqlarından istifadə etmir.

Belə sürücülər digər hərəkət iştirakçıları üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Videogörüntünü təqdim edirik.