Bakı metrosunda bayramda stansiyaların adlarını onlar səsləndirəcək – ÖZƏL

0
111

“Bakı Metropoliteni”ndə Yeni il ərəfəsində stansiyaların adlarını səsləndirəcək sənətçilərin adları bəlli olub.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, Yeni il ərəfəsində sərnişinlər metrostansiyaların adlarını Əməkdar artist Bəhram Bağırzadə, Xalq artisti Murad Dadaşov, tanınmış teleaparıcı Nərgiz Cəlilova, “Manpası” verilişinin tanınmış aparıcısı Dj Fateh, aktyor, teleaparıcı Oleg Əmirbəyov, teleaparıcı Tural Əsədov, Xalq artisti Miri Yusif, rejissor Aqil Quliyev səsləndirəcək.