Azərbaycanda seçki məntəqəsi yandı – VİDEO

0
153

Şəkidə seçki məntəqəsi yanıb.

Hadisə bu gecə baş verib.

FHN-nin rəsmi məlumatına görə, Böyük Dəhnə kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 300 m² sahədə yanıb.

Kənd Mədəniyyət Klubunun böyük bir hissəsi yanıb, həmin binada həm Məntəqə Seçki Komissiyası, həm də kənd bələdiyyəsi yerləşir. Yanğın MSK hissəsində baş verib və binanın 90 faizi tam yanıb. Yanğının bələdiyyənin yerləşdiyi hissəyə keçməsinin qarşısı alınıb.