Almaniyada aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min nəfər deportasiya mərkəzlərində saxlanılır

0
263

Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.

Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.

Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 faizi, əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqanıstan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.

Məlumatda vurğulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.

Federal Nazirlikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə, az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.

Yanvar-oktyabr aylarında federal polis Almaniyaya 32 945 icazəsiz giriş müəyyən edib.

Federal polisin bildirdiyinə görə, bu ilin ilk üç rübündə qanunsuz olaraq ölkəyə gələnlər Almaniyanın hava limanları (9183 nəfər), Almaniya-Avstriya sərhədi (8444) və Almaniya-Çexiya sərhədindən (3560) istifadə ediblər.

Qeyri-qanuni olaraq gələnlərin əksəriyyəti Əfqanıstan (2 399 nəfər), Nigeriya (2 133), Türkiyə (1 721), Suriya (1 691), Albaniya (1 682) və İraq (1 651) vətəndaşları olublar.

Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu il iyun ayının sonuna kimi aralarında 145 min sığınacaq istəyinin rədd edilən şəxs olmaqla, ümumilikdə 246 700 nəfər ölkədən çıxarılmalı idi.

Onlardan 119 mini haqqında qərar dəyişilib və qısa müddət üçün deportasiya prosesi dayandırılıb.

2020-ci ilə kimi Suriyaya deportasiya dayandırılıb. 21 mindən çox sığınacaq axtaran şəxs isə könüllü olaraq öz ölkələrinə qayıdıblar.

Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatına görə, hazırda aktiv olan “Start Hilfe Plyus” kimi könüllü qayıdış proqramlarından yararlanaraq, ölkələrinə qayıdanların 60 faizi Ermənistan, Azərbaycan və İraq vətəndaşlarıdır.