Türkiyədə hərbi mərkəzdə ardıcıl 3 partlayış olub, yaralılar var

0
85

Türkiyənin Şanlıurfa vilayətində silah-sursat anbarında partlayış baş verib.

20-ci Tank Briqadasının sursat anbarında iki partlayış baş verib. Hadisə nəticəsində 16 hərbi qulluqçu yaralanıb.

Vilayət qubernatoru partlayışların səbəbinin bilinmədiyini bildirib.

Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Yanğın nəzarət altına alınıb, və hadisə bölgəsində ekoloji təhlükəsizlik tam təmin edilir.