Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

0
412

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub.

Aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib.

Məlumata görə, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb.

Hazıra mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.