Sabiq nazirin dayısı işdən çıxarıldı

0
124

Ağsu rayon Pambıq Məntəqəsinin müdiri Mirfazil Seyidəliyev vəzifəsindən azad edilib.

M.Seyidəliyev işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, M.Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyevin qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.

M.Seyidəliyev uzun müddət Ağsu Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.