Röya yeni klipini təqdim etdi – VİDEO

0
525

Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci klipini təqdim edib.

Sənətçinin bu dəfə ekranlaşdırdığı klip “Elə bilirdim” mahnısına çəkilib.

Layihənin çəkilişləri rejissor Fərhad Əliyə həvalə olunub.  Ekran işi Bakının müxtəlif məkanlarında lentə alınıb.

Qeyd edək ki, “Elə bilirdim”in sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsusdur.  Həmin bəstə “Apple Music”, “Spotify”, “Deezer”, “Mood” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Xatırladaq ki, Röya bu ayın əvvəlində təqdim etdiyi “Dedin yox” adlı layihəsinin çəkilişlərini də F. Əliyə həvalə etmişdi.