Prezident Musa Yaquba ev verdi

0
377

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə Qafqazinfo-ya şairin özü məlumat verib.

O qeyd edib ki, mənzil Bakı şəhərindədir və ÜÇ otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.