Novruz Məmmədov yeni vəzifəyə təyin olundu

0
538

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub.

Bu barədə universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib.

Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmlər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun universitetdə təqdimatı olacaq.