Kraliça bundan sonra təbii xəz geyinməyəcək

0
103

Kraliça bundan sonra təbii xəz geyinməyəcək


Böyük Britaniya kraliçası II Yelizaveta bu ildən etibarən təbii xəxdən imtina edib.

Bu haqda “Daily Mail” kraliçanın modelyeri Ancela Kellinin memuarına istinadən xəbər yayıb. Kelli “Medalın digər üzü: kraliça, modelyer və paltar şkafı” kitabında II Yelizavetanın 2019-cu ildən etibarən tədbirlərə süni xəz geyimlərdə gedəcəyini qeyd edib. Məlumat Bukinqem sarayında da təsdiqlənib.

Qeyd edək ki, kraliça bir müddət əvvəl təbii xəzdən istifadə etdiyi üçün ekofəallar tərəfindən tənqid edilmişdi.