Konteynerlərlə özünə villa qurdu – FOTO

0
97

Amerikalı Uill Bro 11 dəniz konteynerindən arzuladığı evi qurub.

Dizayner kimi fəaliyyət göstərən Hyuston sakini çox böyük və qeyri-adi ev arzusunda olsa da, bu, heç də ucuz başa gəlmirdi.

Çox fikirləşdikdən sonra o, 11 dəniz konteynerindən 3 mərtəbəli evi qurmağı bacarıb. O, bir neçə həftə ərzində sahəsi 232 kv. metr olan “villa”nın sahibi olub.
Bro daha sonra evin istilik və kommunikasiya sistemini qurub.