Kimyəvi maddə içib özünü öldürmək istədi, 18 nəfəri zəhərlədi – Türkiyədə dəhşət

0
425

Türkiyədə kimyəvi maddə ilə intihara cəhd hadisəsi baş verib.

Ərzurum şəhərində ailə problemləri olan İbrahim A. kimyəvi maddə içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal təcili yardım çağırıblar. Ancaq maddənin təsirindən onun ailə üzvləri, təcili tibbi yardım işçiləri, binadakı qonşuları da maddənin təsirindən zəhərləniblər. Ümumilikdə 18 nəfər xəstəxanaya yerləşdirilib.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) 6 mərtəbəli binanı boşaldaraq ərazini nəzarətə götürüb.