İctimai Nəzarət Koalisiyasında yeni təyinatlar – Foto

0
693

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyəsi ilə yaradılmış və ölkə rəhbərliyinin daimi ictimai nəzarətin vacibliyini xatırlatması ilə fəaliyyətinin genişləndirilməsinə çalışan İctimai Nəzarət Koalisiyasının Rusiya  Federasiyasının Şimali Qafqaz bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Eldar Quliyev, Qarabağ nümayəndəliyinin sədri Möhlət Hüseynov təyin olunmuşdur.

İNK-nın Sumqayıt şəhər təşkilatının  sədri vəzifəsinə isə bu şəhərin 70 illik mədəni həyatının inkişafında önəmli rolu olan memorial abidələr, heykəllər, o cümlədən dünyaya sülh rəmzi simvolu kimi təqdim olunan “Göyərçin” abidəsinin müəllifi və yaradıcısı əməkdar incəsənət xadimi Vaqif Nəzirli təyin olunmuşdur.

Onu da bildirək ki, İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəri Rasim Məmmədovun respublikamızın Şimal bölgəsinin bir neçə rayonuna işgüzar səfəri olmuşdur.

Xaçmaz və Şabran rayonlarının rəhbər nümayəndələri ilə görüşlərlə yanaşı İNK-nın bu rayonlardakı təşkilatlarının rəhbərləri də müəyyən olunmuşdur.