Gəncədə 1-ci sinif şagirdi məktəbdə öldü

0
124

Gəncədə bədbəxt hadisə baş verib.

Məktəb direktoru 1-ci sinif şagirdinin ölümünə münasibət bildirib.

M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elnurə Yusifova bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Bu gün səhər saatlarında 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızının məktəbdə halı pisləşib və o yıxılıb. Məktəbə təcilli tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.