FƏALSANSA İCTİMAİ NƏZARƏTÇİSƏN

0
296

İnkişaf etmiş sivil və demokratik cəmiyyətdə vətəndaşın ictimai şəxs olaraq formalaşması, onun ölkədəki sosial-ictimai, mədəni proseslərdə fəallığı ilə ölçülür. Vətəndaş idarəetmədə iştirak etməklə yanaşı, ölkədə gedən proseslərə ictimai nəzarəti də təmin etmək üçün mütləq onlarda aktiv iştirak etməlidir. Həm iştirak etmə, həm də ictimai nəzarət müasir demokratik idarəetmənin ayrılmaz bir hissəsidir və vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesinə cəlb olunmasını təmin edir. 2015-ci il mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda Prezident İlham Əliyev öz tarixi çıxışı ilə bizə ideoloji platforma verdi. 11 təsisatla təsis edilən, indilərdə 108 qurumu öz sıralarında birləşdirən İctimai Nəzarət Koalisiyasının yaradılması cənab prezident İlham Əliyevin aşağıdakı fikirlərindən sonra baş tutmuşdur. O zaman İlham Əliyev bildirmişdir: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha bildirmək istəyirəm ki, bu mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluq, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu bizi çox üzür, biz buna yol verə bilmərik. Bunların qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər, xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır. Və eyni zamanda ictimaiyyət də daha fəal, daha aktiv olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim İctimai Nəzarət hər hansı yerdə qanunsuzluqlar, özbaşınalıqlar, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir, özünü yox, yuxarını qoruyurlar. Mən bunu alqışlayıram. Bu bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və gücləndirilməlidir”.
Daha sonralar da İctimai Nəzarətin vacibliyini dəfələrlə vurğulayan Prezidentimiz bildirib ki, əgər iş görülmürsə, dərhal yerli icra orqanlarına, Prezident Administrasiyasına məlumat verilsin. Əlbəttə ki, əgər o işdə hər hansı qüsur olarsa, buna yol verən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar. Mən bunu ona görə deyirəm ki, ictimai nəzarət güclənsin. Dəfələrlə bu barədə demişəm ki, ictimai nəzarəti gücləndirmək üçün gərək ictimaiyyətdən məlumatlar olsun. Son dörd ildə məhsuldar fəaliyyətimizə diqqət yetirəndə cənab Prezidentimizin ictimai nəzarətlə bağlı çağırışlarımıza cavab verdiyinin fərqindəyik. İctimai Nəzarət Koalisiyası ölkənin ən iri vətəndaş cəmiyyəti təsisatlarından olaraq biz də Azərbaycan Respublikasının yüksək dövlət rəhbərliyinin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasi iradəsini ifadə edərək aşağıdakıları bəyan edirik.
İctimai Nəzarət Koalisiyası dövlət qurumları ilə vətəndaşlar arasında ictimai nəzarət körpüsü kimi missiyanı həyata keçirməklə, cəmiyyətdə olan lokal narazılıqların aradan qaldırılmasına çalışır. İctimai Nəzarət Koalisiyası vətəndaş cəmiyyətinin inkişafını və demokratik islahatları dəstəkləyərək məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq, yerlibazlığa qəti surətdə etiraz edərək, onlara “yox!” deyir. Ölkə rəhbərliyinin daxili və xarici siyasətini dəstəkləyən İctimai Nəzarət Koalisiyası ölkədə aparılan iqtisadi-siyasi, ictimai-sosial, humanitar-mədəni və dövlətçilik islahatlarını dəstəkləyir, bu istiqamətdə əks mövqedə dayanan qara niyyətli qüvvələri qınayır. Prezident və I vitse-prezident cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən, aztəminatlı ailələr, fiziki məhdudiyyətli gənclər, müharibə veteranları, qaçqın və köçkünlər, əlillər, qadınlar, uşaqlar kimi həssas qruplar ilə bağlı qəbul etdikləri qərarları tam dəstəkləyir və bu istiqamətdə aparılan fəaliyyətin daha da təkmilləşməsinin, dərinləşməsinin tərəfdarı kimi hər zaman dövlətimizin yanındayıq. İctimai Nəzarət Koalisiyası ölkədə son illərdə daha da güclənən sosial-iqtisadi siyasəti məmnunluqla dəstəkləyir, yeni iş yerlərinin açılması, innovativ və kreativ biznesin inkişafı, bank, kredit sahəsindəki islahatlar və faizlərin aşağı salınması, minimal əmək haqlarının məvacibləri, pensiya, müavinət, təqaüd və başqa sosial yardımların artırılmasını alqışlayır, bu addımların ardıcıl aparılmasını dəstəkləyib, təklif edir. İctimai Nəzarət Koalisiyası sənaye və aqrar sahələrdə islahatları, ASAN, DOST xidməti tipli funksional dövlət qurumlarının yaradılmasını alqışlayır, Bakı və bölgələrin inkişafı ilə bağlı dövlət proqramlarının genişlənməsini arzulayır. İctimai Nəzarət Koalisiyası yeni təhsil proqramlarının tezliklə reallaşdırılmasını, kimsəsiz və aztəminatlı gənclərin dövlət büdcəsi hesabına ali təhsil müəssisələrində oxumasına maddi təklif verilməsini təklif edir. İctimai Nəzarət Koalisiyası olaraq əlaqədar dövlət orqanlarında aparılan səhiyyə və tibb sahəsinə yenidən baxılmasını, gücləndirilməsini, icbari sığorta proqramının bütün ölkə üzrə başlanmasının vacibliyini xatırladır. İctimai Nəzarət Koalisiyası 80 milyonluq dünya azərbaycanlıları və 10 milyonluq respublika vətəndaşları üçün ictimai, intellektual, siyasi birlik mərkəzinin rolunu nəzərə alaraq Milli Məclisin buraxılmasının, Parlament islahatlarının keçirilərək deputatların sayının iki dəfə artırılmasını, qanunvericilik orqanlarının səlahiyyətlərinin nəzarətedici funksiyalarının artırılmasının parlamentdə növbədənkənar seçkilərin keçirilməsini təklif edir. İctimai Nəzarət Koalisiyası Milli Ordu quruculuğunun tezləşdirərək könüllü ordudan peşəkar orduya keçidin təmin edilməsi, hüquq-mühafizə orqanlarındakı islahatların genişləndirilməsinin məhkəmə-prokurorluq sistemində demokratik dəyişikliklərin tərəfdarı olaraq dövlətimizə və dövlət orqanlarının rəhbərlərinə çağırış edib.
İctimai Nəzarət Koalisiyası Dağlıq Qarabağ və ətraf rayonların işğal olunmuş torpaqlarının qısa müddət ərzində sülh və ya müharibə yolu ilə azad olunmasını arzulayır və bu istiqamətdə dövlət başçısının apardığı məqsədyönlü siyasəti bəyəndiyini və dəstəklədiyini bildirir. İctimai Nəzarət Koalisiyası bələdiyyələr və ictimai təsisatların ictimai sosial həyatındakı rolunun daha da genişləndirilməsinin, icmaların və mədəni qurumların perspektiv inkişafına yönəli ardıcıl dövlət siyasətinin aparılmasını təklif edir. İctimai Nəzarət Koalisiyası ölkəmizdə alternativ xalq parlamenti, dövlət büdcəsinin yanında ictimai nəzarət platforması, palatasının yaradılması və onun üzvlərinin nüfuzlu ictimai simalardan ibarət formalaşdırılmasının, seçilməsinin tərəfdarı kimi cəmiyyətimizə ictimai-siyasi ismarıc ötürür. İctimai Nəzarət Koalisiyası yazılı və elektron KİV, radio, televiziya, mətbuat, eyni zamanda, yeni media, internet saytları, internet şəbəkələri, blogerlik kimi istiqamətləri dəıstəkləyən dövlət proqramlarının genişləndirilməsini, eləcə də internet şurasının yaradılımasını dəstəkləyir. İctimai Nəzarət Koalisiyası işsizliyin aradan qaldırılması, ədalətli sosial imkanların yaradılmasını, təhsil, elm, mədəniyyətin inkişafı ilə əlaqədar yeni proqramların hazırlanmasını təklif edir. İctimai Nəzarət Koalisiyası Milli Diaspor Hərəkatında verilən önəmli dəstəyi, beynəlxalq siyasi lobbiçiliyi və xarici siyasətdəki uğurları daha da sürətlənməsini alqışlasa da, bu sahələrə xüsusi diqqət ayrılmasını, xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılmasını təklif edir. İctimai Nəzarət Koalisiyası respublikamızdakı vətəndaş cəmiyyəti, ictimai sektor və QHT sahəsindəki dövlətin atdığı iri addımlara sayğı ilə yanaşaraq sosial və mədəni sifarişlərin ictimai qurumlara verilməsinin əhəmiyyətini cəmiyyətimizə çatdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İctimai Nəzarət Birliyinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin və ona qoşulan 9 qurum tərəfindən təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyllərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Məlumat üçün bildirək ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 108-dən çox QHT ictimai birlikləri özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində, cəmiyyətin bütün təbəqələrinə yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir. 108-dən çox QHT, kütləvi informasiya vasitələri, internet portalı, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzinin, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin çoxsaylı üzvləri adından sizə xüsusi minnətdarlığımızı bildiririk, dövlətçiliyimiz və idmanın inkişafı naminə hər zaman cənab prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.

Rasim Məmmədov,
Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin I vitse-prezidenti,
İctimai Nəzarət Koalisiyasının sədri,
Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri

Avqust 30, 2019