“Azərbaycan musiqisini çox sevirəm” — Cem Yılmaz

0
219

Dünən türkiyəli şoumen Bakı səfəri çərçivəsində mətbuat konfransı keçirib.

Məşhur şoumen jurnalistlərlə Bakı Konqres Mərkəzində  görüş keçirib.

Görüş zamanı o, səmimiyyəti ilə xüsusi diqqət çəkib. O, Azərbaycan musiqisini çox sevdiyini və yaxından izlədiyini bildirib.

“Bakıda haranı gəzmək planınız var?” sualına isə cavabı belə olub:

İlk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edəcəyəm.

Əgər təklif gələrsə Azərbaycanda film çəkmək istəyini də dilə gətirən Cem Yılmaz paytaxtımıza bir daha qayıdacağına söz verib.

Qeyd edək ki, şoumen Konqress Mərkəzində “stand-up” şou ilə çıxış edəcək.