Azərbaycan idmançısı karyerasında beşinci dəfə pauerliftinq üzrə dünya çempionu olub

0
105

Azərbaycan idmançısı Zaur Cəfərov noyabrın 9-da Finlandiyanın Laxti şəhərində keçirilən pauerliftinqin WPC növü üzrə dünya çempionatının qalibi olub.
Çempionatda 110 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Z.Cəfərov benç press hərəkətində 290 kiloqram nəticə ilə yarışın mütləq çempionu adını qazanıb.

Məhz 9 noyabr – Dövlət Bayrağı Günündə Azərbaycan bayrağını dalğalandıran idmançımız bununla da beşinci çempionluğunu rəsmiləşdirib.