Avropa Liqasında dəyişiklik: Qadın və kişi millilərimizin harda oynayacağı bilindi

0
127

Voleybol üzrə milli yığma komandalar arasında keçirilən Avropa Liqası yarışlarının formatında dəyişikliklər edilib.

Avropa üzrə reytinqi yüksək olan komandalar bundan sonra Qızıl, digər komandalar isə Gümüş Avropa Liqasında iştirak edəcək.

Bu üzdən 2020-ci ilin may-iyun aylarında voleybol üzrə qadınlardan ibarət milli komandamız Qızıl Avropa Liqasında, kişilərdən ibarət milli komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, əvvəllər yığmalar hansı turnirdə oynayacağına özləri qərar verirdi.