Alim Qasımov nəvəsi ilə duet oxudu – VİDEO

0
586

Alim Qasımov öz adını verdiyi kiçik nəvəsi Alimlə muğam ifa edib.

 Bakı Kitab Mərkəzində Fərqanə Qasımovanın Nəsiminin “Sığmazam” qəzəlinə oxuduğu kompozisiyanın təqdimatı keçirilib. Bir çox sənət adamlarının iştirak etdiyi ədəbi-musiqili gecəyə Alim Qasımov xanımı Tamilla Qasımova və digər ailə üzvləri ilə birlikdə gəlib.

Tədbirin ən yaddaqalan məqamlarından biri də Xalq artistinin nəvəsi ilə “Sığmazam” qəzəlinin bir neçə beytini səsləndirməsi olub. Onların bu çıxışı alqışla qarşılanıb. (publika.az)