Ağdam rayonunun qəzalı ev sakinlərinin İNK-ya müraciəti – Video

0
505

Ağdam rayonunda evləri qəzalı vəziyyətdə olan bir neçə kənd sakininin İctimai Nəzarət Koalisiyasının Ağdam rayon nümayəndəliyinə müraciətləri olmuşdur.

İNK-nın Ağdam rayon nümayəndəliyinin sədri İnşallah Qarayev həmin sakinlərin bir neçəsi ilə görüşüb şikayətlərini dinləmişdir.

Ağdam rayon sakinləri Gülnarə Rüstəmova və Şəbnəm Məmmədovanın ürək ağrıdan yaşayış vəziyyətlərinin onlara kömək edə biləcək ünvanı tapacağına ümid edirik.

Onu da qeyd etməliyik ki, İNK-nın Ağdam rayon nümayəndəliyinin məlumatlarına əsasən dərc etdiyimiz bir neçə məqalə və video materiallardan sonra Ağdam rayon İcra Hakimiyyətinin başçısı şikayətçiləri qəbul etmişdir.

Eyni zamanda, Ağdam rayonunun qəzalı vəziyyətdə olan yolların bərpası ilə əlaqədar işlər görülür.

“ictimaixeber.az”