Yunanıstanda yerli əhali miqrant axınına ciddi etiraz edi

0
118

Yunanıstanda miqrant axınına etiraz edən yerli əhali küçələrə axışıb.

Salonikidən 60 kilometr məsafədə yerləşən Vrasna sakinləri 200 miqrantın yerləşdirildiyi otelin qarşısını bağlayıblar. Sakinlər yolları bağlayır, miqrantların buraya daxil olmasına etiraz edir, polisin fəaliyyətinə maneə yaradırlar. Polislər miqrantların bəzilərini Xalkidikiyə göndəriblər. Etirazlar zamanı xəsarət alan olmayıb.

Qaçqın düşərgələrində yerlər dolduğuna görə, hökumət miqrantları otellərdə və evlərdə yerləşdirməyə çalışır. Amma yerli əhali bu qərara etiraz edərək miqrantların axınına qarşı çıxır.