Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb – Ölən var

0
150

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 3-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.