Rusiyalı jurnalist rekord qırdı – Ginnesə düşdü

0
90

Rusiyalı jurnalist Vladimir Solovyev Ginnesin Rekordlar Kitabına daxil edilib.
Teleqraf.com xəbər verir ki, teleaparıcı bir həftə ərzində ən uzun müddətə canlı efirdə olma rekordu qırıb.
Ginnesin Rekordlar Kitabının veb saytının verdiyi məlumata görə, Solovyev 18-24 mart 2019-cu il tarixlərində 25 saat 53 dəqiqə 57 saniyə efirdə olub.
O, yaponiyalı Mont Minonun rekordunu 4 saatdan çox üstələyib.