“Qarabağ” Lüksemburq səfərində

0
178

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

“Qarabağ”ı ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə asan oyun gözləmir. Ancaq birinci turda Bakıda “Sevilya”ya uduzan (0:3) Qurban Qurbanovun komandası qrupda ilk xalını və ya xallarını qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Sevilya” APOEL-i qəbul edəcək.

3 oktyabr

A qrupu

23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.

23:00. “Sevilya” (İspaniya) – APOEL (Kipr)

1. Sevilya

1 1 0 0 3:0 3
2. Düdelanj 1 1 0 0 4:3 3
3.

APOEL 1 0 0 1 3:4 0
4. Qarabağ 1 0 0 1 0:3 0