Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana səfərə gəlib

0
114

 

 

 

 

 

 

 

 

 

 

 

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Prezident Arif Alvini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.