Nurəddin Mehdixanlının ad günüdür

0
197

N.Mehdixanlı oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Dahi rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vuraraq təyinatla Akademik Milli Dram Teatrına göndərilib və sentyabrın 1-dən aktyor truppasına işə götürülüb.

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.
Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

N.Mehdixanlı 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri adlarına qayiq görülüb. Prezident təqaüdçüsüdür.

Bənzərsiz sevimli sənətkarımızın ad gününü təbrik edir, yaradıcılıq uğurlarının uzun davamını arzulayırıq!
“ictimaixeber.az”