Nazir müavini olmuş professor bulvarda oxudu – Video

0
144

Təhsil nazirinin müavini vəzifəsində çalışmış İradə Hüseynova Dənizkənarı Milli Parkda mahnı ifa edib və Yutub kanalına yerləşdirib.
İ.Hüseynova Bulvarda “Al məndən gülüşlərini” bəstəsini ifa edib.
Qeyd edək ki, İradə Mehtiqulu qızı Hüseynova 2002-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsini icra edib.
Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professordur.