Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi sərgi-satışla tanış olub

0
246

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgiyə baxıb.
Sərgi-satışa, ümumilikdə, 305 qadın 3 min 926 əl işi çıxarıb.
Qeyd edilib ki, sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvləri, tam orta məktəblərin istedadlı şagirdləri, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların da əl işləri sərgilənir.
Daxili İşlər Nazirliyinin əməkdaşları sərgidən hədiyyəlik əl işləri də alıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatların əməkdaşları da sərgi-satışla tanış olublar.