Moskva aeroportlarında 40-a yaxın reys təxirə salınıb və ya gecikir

0
502

Moskvanın hava limanlarında 30-yə yaxın reys təxirə salınıb və ya gecikir.

Bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Vnukova hava limanında 5 reys gecikir və 2 reys ləğv edilib.

Domodedovoda 11 reys gecikir, 7 reys ləğv edilib, Şerementyevoda isə ümumilikdə 10 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.