“Mançester Yunayted” öz meydanında “Arsenal”la heç-heçə edib

0
126

İngiltərə Futbol üzrə Çempionatının yeddinci turunda “Mançester Yunayted” klubu öz meydanında “Arsenal”ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qollar: Skot Maktominey (45-ci dəqiqə), Pyer-Emerik Obameyanq (58-ci dəqiqə).

Qeyd edək ki, turnir cədvəlində 9 xal qazanan “Mançester Yunayted” 10-cu yerdədir, “Arsenal” 12 xalla dördüncü yerdədir.