Kommunizmin iflasinan 30 il keçir. şərqi avropalilar nə düşünürlər

0
358

“Dəmir pərdə” düşdükdən 30 il sonra Şərqi Avropa sakinlərinin çoxu kommunizmin iflası nəticəsində əldə edilən siyasi və iqtisadi azadlıqları yüksək qiymətləndirir. Lakin bu o demək deyil ki, onlar ölkələrində mövcud olan şəraitdən razıdırlar. Bu barədə Almaniyanın “Handelsblatt” nəşri yazır.

Xpressa.net istinadən bildirir ki, “Amerikanın “Pew Research Center” araşdırma mərkəzinin Avropanın 16 ölkəsində apardığı reprezentativ sorğunun başlıca nəticəsi ondan ibarətdir ki, Qərbi Avropa sakinlərinin çoxu kimi keçmiş Şərq bloku ölkələrində də vətəndaşlar iqtisadi vəziyyətdən və siyasi rəhbərlikdən narazıdır”,  – jurnalist Torsten Rike (Torsten Riecke) məlumat verir.

“Keçmiş Şərq blokundan sorğuda iştirak edən respondentlərin demək olar hamısı bazar iqtisadiyyatını və çox partiyalı demokratik sistemi dəstəkləyir. Yalnız Rusiyada iştirakçılar sistemin siyasi və iqtisadi dəyişikliyini qəbul etmir”, – nəşr qeyd edir.

“Şərqi Avropa sakinləri müasir dövrü kommunist keçmişlərindən üstün tuturlar. Buna həyat səviyyəsinin yaxşılaşması, təhsilin inkişaf etməsi və aid olduğu ölkəyə görə duyulan qürur hissi səbəb olub. Yeri gəlmişkən, Rusiya, Ukrayna və Bolqarıstanda respondentlərin çoxu hesab edir ki, ölkə əhalisi indi əvvəlki dövrlə müqayisədə daha pis yaşayır. Nəşrin saytında təqdim edilən qrafikə əsasən, rusların 55%-nin fikrincə, SSRİ dağılmadan öncəki dövrlə müqayisədə 2019-cu ildə iqtisadi vəziyyət daha da pisləşib”, – məqalədə deyilir.

“Mərkəzi və Şərqi Avropa ölkələrində sorğuda iştirak edənlərin çoxu qeyd edir ki, iqtisadiyyat və siyasətdə hakim elitalar adi vətəndaşlardan daha çox qazanc əldə ediblər. Bu, bəzi Qərbi Avropa dövlətlərində, məsələn, İtaliyadakı populist tendensiyalarla kəsişir”, – məqalə müəllifi yazır.

“İqtisadi vəziyyətdən narazılığa baxmayaraq, Şərqi Avropa sakinləri Qərblə müqayisədə gələcəyə daha optimist yanaşırlar. Keçmiş Şərq blokunda respondentlərin demək olar yarısının, bəzi ölkələrdə hətta altı nəfərdən birinin gələcək nəslin daha əlverişli maliyyə vəziyyətində yaşayacağına ümid etdiyi halda, Fransa, İtaliya, Böyük Britaniya və İspaniyada buna 25% və ya daha az insan inanır”, – nəşr qeyd edir.

“Maraqlıdır ki, AB-ə daxil olmayan iki ölkədə – Ukrayna və Rusiyada siyasi və iqtisadi vəziyyətdən narazılıq, AB-ə üzv olan keçmiş Şərq bloku ölkələrindən daha çoxdur. Yeri gəlmişkən, Yunanıstan, Böyük Britaniya, İtaliya və İspaniya vətəndaşları öz demokratiyalarından daha çox narazıdır”, – məqalənin sonunda deyilir.