İsveçrədə Parlamentlərarası İttifaqın və Ümumdünya Ticarət Təşkilatı üzrə Parlament Konfransının 44-cü iclası keçiriləcək

0
347

 

Milli Məclisin deputatı Şahin İsmayılov Parlamentlərarası İttifaqın və Ümumdünya Ticarət Təşkilatı üzrə Parlament Konfransının 44-cü iclasında iştirak etmək üçün oktyabrın 6-dan 9-dək İsveçrədə səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Cenevrə şəhərində keçiriləcək toplantıda Ümumdünya Ticarət Təşkilatı çərçivəsində əldə olunan nailiyyətlər və qurum qarşısında duran əsas problemlərdən danışılacaq. Gələn il Qazaxıstanda keçiriləcək ÜTT Parlament Konfransına hazırlıq işlərinin gedişatı, rəqəmsal ticarət və parlamentlərin yeni nəsil ticarət sazişləri sahəsində rolu mövzusunda müzakirələr aparılacaq.
Deputatımız müzakirə olunan məsələlərə münasibət bildirəcək.