İraq iğtişaşlarında 40 nəfər ölüb, 2300-dən çox şəxs yaralanıb – VİDEO

0
123

İraqın paytaxtı Bağdadda hökumət əleyhinə baş verən iğtişaşlarda ölənlərin və yaralananların sayı durmadan artır.

Bu barədə İraqın İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində baş verən qarşıdurmalar zamanı ümumilikdə 40-dan çox vətəndaş ölüb, 2300-dən çox adam yaralanıb.

Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qarşı qaz bombası və plastik güllələrlə atəş açıb.

Müxaliflərin hökumətə qarşı Divaniyə, Misan, Vasıt, Zikar, Bəsrə şəhərlərində keçirdikləri etiraz nümayişlərində ümumilikdə 50 siyasi partiya və hökumət binası yandırılıb.

Bağdad daxil olmaqla, iğtişaşların baş verdiyi bütün şəhərlərdə komendant saatı elan edilib.