Hollivud ulduzu ağır qəzaya düşdü – Video

0
143

Hollivud ulduzu ağır qəzaya düşdüMəşhur amerikalı aktrisa Helen Hant Los-Ancelesdə (Kaliforniya ştatı) avtomobil qəzasına düşüb. Bu barədə “TMZ” xəbər verib.

Hollivud ulduzu yol qovşağında çevrilən avtomobilin sərnişin oturacağında olub. Hadisə yerinə yetişən həkimlər aktrisanı xəstəxanaya yerləşdirib. Hazırda o, Beverli-Hilz müalicə müəssəsindədir.

Yol-nəqliyyat hadisəsinin digər iştirakçılarının vəziyyəti haqda məlumat yoxdur. Amerikalı aktrisanın xəsarət aldığı qəzanın səbəbi hələ məlum deyil.

Qeyd edək ki, Helen Hant 1953-cü il iyunun 16-da ABŞ-da anadan olub. O, “Oskar” və “Qızıl qlobus” mükafatlarının sahibidir.