“Hamınız bir araya gəlsəniz, bir Türkiyə etməzsiniz” – ƏRDOĞANDAN ƏRƏB LİQASINA

0
363

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçulara qarşı başladılan “Barış pınarı” əməliyyatı ölkəsini “işğalçı” adlandıran Ərəb Liqasına kəskin etiraz edib.

Ərdoğan “Hamınız bir araya gəlsəniz, bir dənə Türkiyə etməzsiniz”-deyə, bəyan edib.

Sonra “Siz dollarlarınızla, neftinizlə danışırsınız, bəlli takıntılarınız var, amma Türkiyə  qürurlu duruşu ilə danışır”-deyə, vurğulayıb.

O, eyni zamanda, Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) lideri Mustafa Akıncının Türkiyəni qınayan bəyanatını sərt cavablandırıb, bunu hədsizlik və həddini bilməmək kimi dəyərləndirib.