Brilliant Dadaşova “Para-para” oxuyub, göz qamaşdırdı – VİDEO

0
224

Xalq artisti Brilliant Dadaşovanın bir neçə ay bundan öncə Türkiyədə çəkdirdiyi “Para-para” adlı klipi işıq üzü görüb. 

Eekran işi “Youtube” videohostingin “NetD” musiqi platformasında yayımlanıb.

Bəstənin sözləri sənətçinin özünə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Dəbli görünüşü ilə klipdə göz qamaşdıran Dadaşovanın stili və imici üzərində Elnur Həsənov çalışıb. Ekran işinin rejissorluğu Erkan Nasına həvalə olunub. Klip “Youtube”a yükləndikdən sonra on bir mindən artıq izləyici toplayıb.

Qeyd edək ki, qardaş ölkənin bir çox media qurumları B.Dadaşovanın bu layihəsini geniş şəkildə işıqlandırıblar. Sözügedən ekran işinin Türkiyənin musiqi kanallarında da nümayiş olunacağı bildirilib.