Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

0
448

Balqabaq ən faydalı tərəvəzərdən biridir. Soyuq havalarda süfrələrin sevilən ləzzəti, demək olar ki, hər evdə olan balqabağın xeyirlərini saymaqla bitməz.

Balqabağın unikal müalicəvi xüsusiyyətlərini təqdim edirik.

Artıq çəkidən əziyyət çəkən insanlar üçün balqabaq möcüzəvi qidadır. İçərisində olan lif miqdarının çoxluğu sayəsində toxluq hissi verən bu tərəvəz çox faydalıdır.

Həzm problemi olan insanlara həkimlər balqabaqdan daha çox istifadə etmələrini tövsiyyə edirlər.

Eyni zamanda balqabaq sizi daha gənc göstərir. Balqabağın tərkibində olan C vitamini və kallogen ilə birlikdə dərini daha təravətli edir. Bundan əlavə bu tərəvəzdən üz dərisi üçün kosmetologiyada da istifadə edirlər.

Balqabağın içində olan A, B, C vitaminləri ilə birlikdə balqabaq yeməyin göz sağlamlığına da yaxşı təsir etdiyi isbatlanmışdır. Bundan əlavə, tərkibində olan karoten maddəsi ilə ürək sağlamlığına və xalestrolin düzəlməsinə kömək edir.
Alimlər tərəfindən aparılan araşdırmalara görə balqabağın prostat vəzi xəstəliyinə yaxşı təsir etdiyi təsdiqlənib.

Yaxşı bəs balqabağı necə bişirsək daha faydalı olar?

Balqabağın tərkibində çoxlu vitamin olmasına baxmayaraq onun necə bişməsi də çox önəmlidir. Əgər doğru bişməsə tərkibində olan vitamin və maddələr öz təsirini itirə bilər.

Qeyd edək ki, balqabağı su ilə çox da təmas etdirmək olmaz. Ən yaxşı halda sobada bişirmək daha dadlı və faydalıdır.