Bakıda ağaclar kütləvi şəkildə kəsilib? – AÇIQLAMA + FOTO

0
154

Bu gün bəzi mətbuat orqanlarında paytaxtın Xətai rayonunda kütəvi şəkildə ağacların kəsilməsi ilə bağlı xəbər yayılıb. Məlumatda hadisənin Y.Səfərov küçəsində baş verdiyi bildirilib.

İcra hakimiyyətindən bildirilib ki, məlumat həqiqəti əks etdirmir.

Xətai Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Pənah İmanov deyib ki, yayılan xəbər və videogörüntü iki il əvvələ aiddir:

“Çəkilən görüntülər Perinatal Mərkəzin arxasında yerləşən binanın həyətində qeydə alınıb. Y.Səfərov küçəsinə düşür. Həmin ərazidə iki il bundan əvvəl belə bir söhbət olmuşdu, ağacları kəsmək istəmişdilər. Lakin icra hakimiyyəti tərəfindən bunun qarşısı alınmışdı.

Bu günə qədər də həmin ərazi Mənzil Təsərrüfat Birliyinin, eləcə də, icra hakimiyyətinin nəzarətindədir. Orada ağaclar da əkilib. Qərəzli məlumatın hansı məqsədlə yayıldığını bilmirəm.

Ümumiyyətlə, ölkə başçısının tapşırıqlarına əsasən, paytaxt üzrə abadlaşdırma işləri aparılır. Heç bir ağac kəsimindən söhbət gedə bilməz”.