Azərbaycanlı beynəlxalq dərəcəli hakim “Qızıl diplom”a layiq görülüb

0
159

Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

Hakimə “qızıl diplom” hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cudünya çempionatı (4-13 oktyabr) ərəfəsində təqdim olunub.

Qeyd edək ki, bu diplom 16 il (4Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, Dünya Çempionatı, Yeniyetmələrin Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.

Xatırladaq ki, Rza Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə ən yüksək – 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.