“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionla təhlükəsizliyə təhdid yaradır”

0
119

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.

E.Məmmədyarov bildirib: “Bu münaqişə başlayan vaxtdan hərbi əməliyyatlar Azərbaycan ərazisində keçirilib. Münaqişə Azərbaycanın infrastrukturuna və dinc sakinlərin yaşamına təsir göstərib. Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələrinə görə minnətdarlığımızı bildiririk”

Qeyd edək ki, XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün – 23-24 oktyabrda baş tutacaq.