Avstraliyada meyvələrdə iynələr tapılır

0
151

Avstraliya polisi meyvələrdə iynələrin aşkar olunmasına dair istintaq aparır.

Növbəti dəfə iynə üzümün içində tapılıb.

Melburn sakini Xloya Şou tapıntı haqqında polisə müraciət edib və şəkli Facebook səhifəsində paylaşıb.

Polis əhalini diqqətli olmağa çağırıb və hər hansı məlumat əldə etdikdə hüquq-mühafizə orqanlarına bildirməyi xahiş edib.

Məlumata əsasən, cinayətkar 10 ilədək həbs cəzası ala bilər.

Qeyd edək ki, sentyabr ayında iynələr çiyələyin içində tapılıb.