ADNSU ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

0
243

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu ali məktəbdə keçirilən imzalanma mərasimində universitetin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti və beynəlxalq əlaqələri, son illərdə qazanılan nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, gələn il Azİİ-nin (ADNSU) 100 illiyi qeyd olunacaq. ADNSU-da təhsil tam müasir standartlara uyğun təşkil olunub. Burada 14 mindən çox tələbəyə 3 dildə bakalavr, magistr və doktorantura səviyyəsində təhsil verilir.

Professor M.Babanlı beynəlxalq əlaqələrə hər zaman önəm verdiyini və İğdır Universiteti ilə də əlaqələrin genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdən məmnun qaldığını qeyd edən İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı ADNSU ilə əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Sonra əməkdaşlıq memorandumu imzalanıb.