Əli Əsədov İrəvanda niyə günlərdir müzakirə edilir?

0
143

Son günlər Ermənistan mediasında ən çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin sərəncamı ilə Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Belə ki, bir sıra erməni ekspertlər ölkəmizdə aparılan kadr islahatlarını xüsusi vurğulayır, bunu hətta Azərbaycanın müharibəyə ciddi hazırlıq görməsi kimi qiymətləndirir.
Mövzu ilə bağlı danışan Azərbaycan XİN-in sabiq rəhbəri, politoloq Tofiq Zülfüqarov ölkədə aparılan kadr islahatlarını müsbət qiymətləndirib:
“Bu islahatlar doğrudan da gedir və bu, iqtisadiyyatın dirçəlməsinə gətirib çıxarır. Bununla paralel olaraq kadrların yenilənməsi fərqli bir haldır. Hesab edirəm ki, bəzi adamlar vəzifədə çox qaldıqda yaşla əlaqədar iş qabiliyyətləri azalır. Loru dildə desək, yeni göz lazımdır ki, daha fərqli məqamları görsün. Düşünürəm ki, məhz bu baxımdan islahatlar sürətlənib”.
Ekspert Azərbaycanda baş verən proseslərdən dolayı ermənilərin narahatlığının əsassız olmadığını bildirib: