Yaqub Eyyubova yeni vəzifə verildi

0
461

Yaqub Eyyubova yeni vəzifə verildi

Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi yeni redaksiyada təsdiqlənib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının Müdafiə naziri

Azərbaycan Respublikasının Ədliyyə naziri

Azərbaycan Respublikasının Xarici işlər naziri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

Azərbaycan Respublikasının Daxili işlər naziri

Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.