Yəməndə ərəb koalisiyası həbsxanaya hücum etdi: 100-dən çox insan öldürüldü – VİDEO

0
156

Yəməndə ərəb koalisiyasının həbsxanaya edilən aviazərbəsi nəticəsində 100-dən çox insan həlak oldu, onlarla yaralandı.

Zərbə ölkənin mərkəzindəki Damar vilayətində, “husilərin” nəzarətində olan əraziyə edilib.

Ölənlərin sayı daha çox ola bilər: hazırda həbsxananın dağıntılarında xilasetmə işləri davam edir.

Hücumdan qabaq həbsxanada 250-ə yaxın məhbus olub.

Ər-Riyad avaizərbələrin həbsxanaya deyil hərbi sursat saxlanılan anbara olduğunu bəyan edib.