“Xeyir və şər qardaşdır” – Gülyaz-Gülyanağın konserti ləğv olunur?

0
302

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən bədbəxt hadisə onların oktyabr ayına nəzərdə tutulan solo konsertinə təsir etməyəcək.

Bu barədə Xalq artisti Gülyanaq Məmmədova məlumat verib. O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kədərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən konsert proqramı təxirə salınmayacaq.

“Atalarımız deyib ki, xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözü ağlayanda bir gözümüz daim gülüb. Çünki bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyəti yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik”, – Gülyanaq Məmmədova bildirib.

Xatırladaq ki G.Məmmədovanın bacısının həyat yoldaşı Mövsüm Məmmədkərimov sentyabrın 24-də baş verən avtomobil qəzasında həyatını itirib, övladları isə yaralanıb.