Vəsiqəsindəki imza başına dərd oldu – FOTO

0
216

İmzasını zarafat məqsədi ilə üç pişik şəklində atıb

Amerikalı bir gənc zarafat edəndə başına gələcəklərini xəyal belə etməmişdi. Belə ki, o, şəxsiyyət vəsiqəsindəki imzaya bir az fərqlilik etməyə çalışıb, bununla da həyatı dəyişib.

ABŞ-da bir gənc şəxsiyyət vəsiqəsini yenilədərkən imzasını zarafat məqsədi ilə üç pişik şəklində atıb.

Ancaq illər sonra bu imza başına dərd olub. Rəsmi sənədlərə üç pişik şəklində imza atmaq məcburiyyətində qalan gənc ən böyük şoku ev üçün kredit aldığında yaşayıb. 50 səhifəni pişik fiquru ilə imzalayıb.